Azərbaycanda ətin qiyməti endi – 8 manat 50 qəpik
Azərbaycanda ətin qiyməti enib.
Turkustan.info bildirir ki, Bərdə rayon sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, bir həftə bundan öncə 11 manata satılan mal ətinin 1 kiloqramı artıq bazarlarda 8 manat 50 qəpik – 9 manata satılır.
Satıcıların sözlərinə görə, hazırda quzu ətinin qiymətində də enmə var: “10 gün əvvəl quzu ətinin 1 kiloqramı 13 manat idi, indi isə 11 manatdır. Qoyun ətinin 1 kiloqramı isə 9 manatdır”.