30 Oktyabr 2020 08:40

İraq kürdləri müstəqilikdən vaz keçdi – SƏBƏBLƏR

Kənan Rövşənoğlu: “Nə region, nə də dünya hələ Yaxın Şərqdə yeni dövlətin yaranmasına hazır deyil”

Şimali İraq Kürd Muxtariyyətinin başçısı Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokrat Partiyası İraqın ərazi bütövlüyünü dəstəkləyən bəyanat yayıb. Cebhe.info xarici KİV-lərə istinadən xəbər verir ki, partiya kürdlərin İraq və Türkiyə hökumətləri arasında imzalanmış müqaviləyə sadiq olduqlarını bildirib.

“Ankara və Bağdad arasındakı anlaşmalara sadiq qalacağıq. İraq və Türkiyənin terrorizmə qarşı mübarizəsini dəstəkləyirik. Bu ölkənin bir parçası olaraq, İraq və Türkiyə hökumətlərinin əldə edcəəyi bir anlaşma olarsa, biz də ona bağlı qalacağıq”, – deyə partiyadan olan millət vəkili Ərəfat Kərəmin yaydığı bəyanatda qeyd edilir.

Ərbil niyə geri çəkildi?

Qeyd edək ki, keçən ilin sentyabr ayının 25-də Şimali İraqda yaşayan kürdlər müstəqillik referendumu keçiriblər. Referendumda iştirak edənlərin böyük əksəriyyəti bölgənin müstəqilliyinə səs versələr də, İraq parlamenti bunu qəbul etməkdən imtina edib. İran, Türkiyə kimi bölgə dövlətləri ilə yanaşı, Rusiya, ABŞ və Avropa İttifaqı da Ərbilin bu addımına qarşı çıxdı. Üstəgəl, YPG/PYD və PKK kimi kürd terror təşkilatları da Bərzani hökumətinin təşəbbüsünü dəstəkləmədilər. Beləliklə, beynəlxalq etirazların ortasında qalan kürdlərin müstəqillik planları baş tutmadı.

Referendumdan sonrakı dönəmdə də Şimali İraq rəhhbərliyi öz iddialarından geri çəkilməyə təkid etməsə də, ara-sıra arxivə atdığı referendum sənədlərindən istifadə edə biləcəklərini də lazımi məqamlara gündəmə gətirirdi. Lakin sonrakı proseslərdə demək olar ki, müstəqillik iddiası Ərbilin gündəliyindən çıxarıldı və bunun təsadüfi olmadığı, bölgədə dəyişən geosiyasi şərtlərə bağlı olduğu da şübhəsizdir. Nəzərə alsaq ki, Suriyanın Afrin bölgəsində keçirdiyi hərbi əməliyyatları başa çatdırdıqdan sonra Türkiyə İraqa girməyi planlaşdırır, üstəgəl, rəsmi Bağdad bununla bağlı Ankaraya razılıq verib, bu da Bərzani hökumətinin maraqlarına uyğun vəziyyət deyil. Ərbil Türkiyənin Şimali İraq ərazilərində də hərbi əməliyyatlara başlayıb, bu bölgəyə də nəzarəti ələ keçirə biləcəyindən narahatdır.

Digər yandan, kürdlərin müstəqillik referendumuna qarşı olan İran hərbi qüvvələrinin bölgə ətrafında düşərgə salmaları da regional rəhbərliyi ehtiyatlı addımlar atmağa məcbur edən amillərdəndir. Bir tərəfdən də Suriyadakı mövcud vəziyyətə və Rusiyada keçiriləcək prezident seçkilərinə daha çox diqqət ayıran Qərb üçün indiki məqamda kürdlərin gələcək müqəddaratı müzakirə mövzusu deyil.

“Kürdlər növbəti fürsətə qədər gözləyəcəklər”

Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, İraq kürdlərinin indiki halda müstəqillik iddialarından geri çəkilmələi təsadüfi deyil. Ekspert hesab edir ki, regiondakı mövcud situasiya kürdlərin xeyrinə deyil: “Kürdlər cəzalandırıldıqdan sonra özlərinə gəldilər. Bərzani düşünürdü ki, Qərb, xüsusilə, ABŞ və Avropa onu dəstəkləyəcək, İraqın ən zəif zamanında müstəqilliyini qazanacaq. Ancaq ümidləri doğrulmadı, çünki regional şərtləri düzgün hesablaya bilmədi. Üstəgəl, Türkiyə və İran kimi region ölkələri də qətiyyət nümayiş etdirdilər. Nəticədə Bərzaninin avantürası alınmadı. Uğusuzluq oldu və əksinə, qonşulardan dəstək alan İraq mərkəzi hökuməti kürdləri ciddi şəkildə cəzalandırdı. İndi belə desək, kürdlər yaralarını sarımağa çalışırlar. Bir neçə gün əvvəl oktyabrdan bu yana bağlı olan Ərbil hava limanı fəaliyyətə açıldı. Bağdad öz nəzarəti altında icazə verdi”.

Kənan Rövşənoğlunun sözlərinə görə, İraq kürdlərinin praqmatik siyasətçiləri də anlayır ki, şərtlər onların xeyrinə deyil, ona görə də manevr edirlər: “Nə region, nə də dünya hələ Yaxın Şərqdə yeni dövlətin yaranmasına hazır deyil. Çünki mövcud xəritənin dəyişməsi “domino effekti” verə və bütün regionda parçalanmaya səbəb ola bilər. Bu səbəbdən də kürdlər sakitləşib bir sonrakı fürsətə qədər gözləməlidirlər”.   /Cebhe.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri