Tramp şahinləri gətirdi: Qarabağda gərginlik artacaq

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeonun dövlət katibi təyin edilməsi Trampın xarici siyasətini sərtləşəcdirəcək.

Turkustan.info xəbər verir ki, bunu “Haqqin.az” saytına açıqlamasında Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş xüsusi təyinatlı səfiri Gennadi Tryuxan söyləyib.

“Yumşaq Tillersonun sərt Pompeo ilə əvəz edilməsi bütün dünyada radikal addımlara səbəb olacaq. Biz Suriyada, ya da Donbasda yeni gərginlik dalğası görə bilərik. Rusiya və İranla bağlı barışmaz xətt saxlanılacaq və təzyiqlər artacaq. Pompeo şahindir. O, Tillerson və Klinton kimi olmayacaq. Baxın, Pentaqona sərt Mettis, Dövlət Departamentinə isə Pompeo rəhbərlik edəcək. Bunlar kompromisə getməyən şahinlərdir. Məncə, dünyada, o cümlədən Qarabağ və Donbasda gərginlik güclənəcək”, – deyə bildirib.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al