02 Dekabr 2020 23:59

Ərdoğan və Merkel arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Turkutan.info-nun türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, danışıq zamanı ikitərəfli münasibətlər, həmçinin Türkiyə-Aİ münasibətləri və regional məsələlər müzakirə olunub.

Söhbət zamanı hər iki lider Türkiyə və Almaniya arasında dialoq və əməkdaşlığa təkan vermək qətiyyətini vurğulayıblar. Terror təşkilatları ilə mübarizənin zəruriliyi qeyd edilib.

Ərdoğan həmçinin Merkelə Afrində keçirilən “Zeytun budağı” əməliyyatı barəsində məlumat verib.   /A24.az/

Paylaş: