29 Oktyabr 2020 03:18

Bir casusa verilən zəhər: Dünyanı titrədir

İngiltərədə zəhərlənən keçmiş rusiyalı casus Sergey Skripal ətrafında ilginc gəlişmələr baş verir.

Artıq bir müddətdir ki, Rusiya və Qərbin gündəmini zəbt edən məsələnin müzakirəsi Rusiyaya qarşı daha təsiredici addımların atılmasının NATO-nun müzakirəsinə çıxarılmasına edilən cəhdlərədək uzanıb. “Cümhuriyət” qəzeti “The Times” qəzetinə istinadən xəbər verir ki, Rusiyaya təzyiq üçün müzakirə edilən məsələlər arasında açıq müdaxilə təklifi də var. Qəzet bunun İngiltərə hökuməti tərəfindən ABŞ və NATO-nun digər aparıcı dövlətlərinə çatdırıldığını da yazır. 

“The Times” rəsmi Londonun Rusiyanın İngiltərə ərazilərinə qanunsuz müdaxilə etdiyi iddiası ilə NATO nizamnaməsinin 5-ci maddəsinin tətbiq edilməsi məsələsinin gündəmə gətirməyə çalışdığını yazır. Qeyd edək ki, NATO-ya üzv dövlətlərdən birinə edilən müdaxilənin bütün üzv dövlətlərə edilmiş hücum kimi qəbul edən 5-ci maddə alyansın tarixində yalnız bir dəfə – 11 sentyabr terror aktından (Nyu-York) sonra ABŞ-ın tələbi ilə Əfqanıstana qarşı tətbiq edilib. Həmin maddəni əsas tutan ABŞ Əfqanıstana hərbi müdaxilə edərək, bu ölkənin ərazilərində antiterror əməliyyatlarına başlamışdı.

Qalmaqal böyüyür

Məsələnin gündəmə gəlməsindən sonra İngiltərənin Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Londona nota verilib. İngiltərədən verilən açıqlamada isə bildirilib ki, əgər Rusiya zəhərlənmə ilə bağlı məsələyə tutarlı arqument gətirə bilməsə, bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edilməklə yanaşı, alternativ variantların həyata keçirilməsi məsələsinə də baxılacaq. Qəzet yazır ki, Rusiyaya qarşı atılacaq ilkin addım kimi bu həftənin sonunadək yeni sanksiyalar elan ediləcək.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Tereza Mey martın 12-də parlamentdəki çıxışında Rusiyanı Sergey Skripl və onun qızı Yuliya Skripalı zəhərlənməkdə ittiham edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə zəhərlənmə ilə əlaqədar istintaq sənədlərinə baxmayana qədər məsələ ilə əlaqədar açıqlama verməyəcəklərini bildirib.

Öz ətrafından da şübhələnən Putin

Seçkilərdən əvvəl Qərbdən Rusiyaya edilən təzyiqlər prezident Vladimir Putinin siyasi komandasından tutmuş nüfuzlu oliqarxlara, nəhəng şirkətlərdən Kremlə yaxın anket-sorğu şirkətlərinədək bir çox sektoru əhatə edir. Kənar təzyiqlər Rusiyada seçkilərdən əvvəl ictimai-siyasi vəziyyəti o həddə gərginləşdirib ki, Putin artıq öz ətrafından da şübhələnməyə başlayıb. Bir çox nüfuzlu dövlət adamı, diplomat və müdafiə naziri Sergey Şoyqunun istefaya göndəriləcəyi ilə bağlı Putinin ətrafından ictimaiyyətə verilən mesajlarla yanaşı, federasiyada fəaliyyət göstərən anket-sorğu şirkətləri də ABŞ və Avropa İttifaqının siyasi sifarişlərini yerinə yetirməkdə ittiham edilir. 

Artıq “xarici agent” ittihamı ilə qarşı-qarşıya qalan və Rusiyanın ən böyük anket-sorğu şirkəti olan “Levada” 18 mart seçkiləri ilə bağlı monitorinq aparmayacağını açıqlayıb. Rusiya Ədliyyə Nazirliyi hələ 2016-cı ildə “Levada”nı xarici ölkələrin xüsusi xidmət orqanlarına işlədiyini bildirərək, ictimaiyyət arasında Rusiya dövləti haqqında mənfi rəy formalaşdırmaqda ittiham etmişdi. Şirkətin başçısı Lev Qudakov mətbuata açıqlamasında 2018-ci il seçkilərinə görə təzyiqlər edildiyini və buna görə də sorğu aparmayacaqlarını deyib. O, açıq şəkildə qeyd edib ki, “Levada” hakimiyyət tərəfindən Qərbə işləməkdə ittiham edildiyinə görə, seçkilərlə bağlı fəaliyyətinə qadağa qoyulub.

Skripalı ABŞ kəşfiyyatı zəhərləyib?

Rusiyalı analiklər 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə Rusiyadan edilən müdaxilə iddialarının federasiyaya təzyiqləri gücləndirmək üçün əsas “kart” olduğunu bildirirlər. Vladimir Putin istisna olmaqla, Rusiya başçısının siyasi komandasına daxil olan bütün nüfuzlu kadrların hamısının sanksiyalarla hədələnməsi, o cümlədən, Sergey Skripal ətrafında cərəyan edən hadisələrin şişirilməsinin də bura daxil olduğu analitiklərə görə şübhəsizdir. Qeyd edilir ki, Sergey Skripalın Rusiya kəşfiyyatı tərəfindən zəhərlənməsinə dair indiyədək bir faktın əldə edilməsinə baxmayaraq, bunun NATO-nun müzakirəsinə çıxarılması və “İngiltərə ərazilərinə qanunsuz müdaxilə” ittihamı əsasında Rusiyaya müdaxilənin edilməsi və əlavə sanksiyaların gündəmə gətirilməsi də, Rusiyaya qarşı daha güclü təzyiq mexanizminin işə salınması üçün əvvəldən hazırlanmış ssenaridir. Kremlə yaxın siyasi mənbələr buna görə də Skripalın ABŞ kəşfiyyatı tərəfindən zəhərləndiyi iddiasında təkid edirlər.

Moskvadan Amerikaya naməlum sürpriz

Casus işi və ABŞ Dövlət Xəzinəsinin təqdim etdiyi “Kreml hesabat”ından (Putinin siyasi komandasına daxil olan bütün şəxslərə sanksiyaların tətbiq edilməsini nəzərdə tutan layihə) sonra əsəbləri tarım çəkilən Vladimir Putin Qərbi yeni istehsal etdikləri nüvə silahları ilə vura biləcəklərinə eyham vurdu. Xarici işlər nazirinin müavini Sergey Rıbakov isə Rusiyaya təzyiqi artıran ABŞ-ın hansı sürprizlər qarşılaşacağını bilmədiyini deyərək, Vaşinqtonu Moskva ilə bağlı qərarlar verərkən daha ehtiyatlı olmağa çağırıb.

Sergey Skripalla bağlı İngiltərədə başlayan istintaq isə Rusiyaya açıq müdaxilə ehtimalını gündəmə gətirib. Bu məsələnin gündəmə gəlməsi NATO-nun Rusiya sərhədləri yaxınlığında – Norveçdə 45 minlik hərbi qüvvə ilə təlimlərə başlayacağı məlumatının yayılması eyni vaxta düşdü. Lakin hərbçi-ekspertlər NATO və ABŞ-ın İngiltərənin çağırışı ilə Rusiyaya açıq müdaxilə edəcəyi ehtimalına şübhə ilə yanaşırlar. Belə bir addımın dəhşətli nəticələrindən danışan ekspertlər hesab edirlər ki, federasiyaya müdaxilə ilk növbədə Avropanın özünə böyük fəlakət yaşadacaq. Avropanın Rusiyanın ballistik və qitələrarası raketlərinin hədəfində olduğunu başa düşən Avropa İttifaqının aparıcı üzvlərinin belə bir müdaxiləyə imkan verməyəcəkləri də dəqiqdir. Lakin Putinin növbəti 7 ildə Rusiyaya başçılıq etməsi ilə razılaşmayan ABŞ-ın federasiyanı öz daxilindən çökdürəcək vasitələrə əl atacağı müzakirəsiz ehtimaldır ki, analitiklər indiki halda artan kənar təzyiqlərin buna yaradılan zəmin olduğunu istisna etmirlər.    /Cebhe.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri