İki istiqamətdən Afrinin mühasirəsini aparan Türkiyə ordusu birləşmələri PYD/PKK mövqelərini ələ keçirərək üzə-üzə gəliblər.
Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Şəhər mərkəzinin ətrafındakı kənd və strateji təpələri qərbdən və şərqdən alaraq irəliləyən ordu hissələri Afrinin şimalında bir araya gəliblər.