03 Dekabr 2020 04:33

Aprel döyüşlərimizin “Rembo”su gözlərini açdı – FOTO

Aprel döyüşlərimizdə ağır yaralanan “Rembo” ləqəbli döyüşçümüz Razi Cavadovun Türkiyədə əməliyyat olunduğu xəstəxanadan yeni görüntüləri yayılıb.

Döyüşdə başından ağır yaralanan döyüşçümüzə martın 10-da süni beyin qapağı qoyulub. Ağır əməliyyatdan sonra döyüşçümüzün dostları bu dəqiqələrdə onun yeni fotolarını sosial şəbəkədə paylaşıblar. Görüntülərdən məlum olur ki, döyüşçümüzün başı əvvəlki formasına qayıdıb.

Xatırladaq ki, Razi Cavadov Ankarada Gülhanə Akademiyasında müalicə olunur.

Allah döyüşçümüzə şəfa versin!     /anews.az/

Aprel döyüşlərimizin “Rembo”su gözlərini açdı - FOTO

Paylaş: