Ça. Avq 20th, 2019

Afrin əhalisi türk ordusunu belə QARŞILADI – FOTOLAR

Türk ordusunun qarşısında duruş gətirə bilməyəcəyini anlayan PKK/PYD terror təşkilatının əsas bölmələri  bir neçə gün öncə silah-sursatlarını da götürərək Afrindən qaçıbmış.

Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, bunu türk hərbçilərinə azad edilmiş Afrin  şəhərinin əhalisi deyib.

Qeyd edək ki, terrorçulardan təmizlənən  Afrin şəhərinin əhalisi Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun əsgərlərini sevinclə qarşılayıb, onlar üçün dualar edib. Məlumata görə, Afrin şəhərinə daxil olan tankların  üstünə türk bayraqları, lülələrinə  zeytun budaqları taxılıb.

44 yaşlı afrinli tacir Zeynal Abidin çox sevincli olduqlarını, türk əsgərini gəlməsi üçün dualar etdiklərini bildirib.   /Cebhe.info/

  •  

Paylaş: