Şb. Dek 7th, 2019

Kəşfiyyat müharibəsi başlayır

Sülhəddin Əkbər: “Britaniya və Rusiya arasında kəşfiyyat müharibəsi olacaq”

Fransa, Almaniya, ABŞ və Böyük Britaniya Solsberdə Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq əməkdaşı Sergey Skripal və onun qızı Yiliyanın zəhərlənərək öldürülməsi ilə bağlı birgə bəyanat yayıb: “Biz Fransa, Almaniya, ABŞ və Böyük Britaniya liderləri 2018-ci il martın 4-də Birləşmiş Krallığın Solsberi şəhərində Sergey və Yuliya Skripala edilmiş hücumu kəskin qınayırıq. Hücumda yaralanan İngilis polis məmurunun vəziyyəti hələ də ağır olaraq qalır.Bir çox günahsız Britaniya vətəndaşının həyatı təhlükə altına düşüb.Biz Birləşmiş Krallığın polis və təcili xidmətlərinin operativ fəaliyyət göstərən və cəsarət nümayiş etdirən əməkdaşlarının səmimiyyətimizi ifadə edirik.

Bu, Rusiya tərəfindən hazırlanan, İkinci Dünya Müharibəsindən bəri Avropada hücum üçün istifadə edilən hərbi təyinatlı və sinir sistemini iflic edən vasitədir. Bu cür maddənin hər hansı bir şəkildə istifadə edilməsi Birləşmiş Krallığın suverenliyinin, Kimyəvi Silahların İstifadəsindən Qadağaya dair Konvensiyanın və beynəlxalq hüququn üzv dövlət tərəfindən pozulması deməkdir. Bu bizim ümumi təhlükəsizliyimiz üçün qorxu yaradır.

Birləşmiş Krallıq bu hücumda Rusiyanın günahkar olduğu barədə öz müttəfiqlərini ətraflı məlumatlandırıb. Biz Böyük Britaniyanın “Alternativ inandırıcı izahat yoxdur”-fikrini bölüşür və qeyd edirik ki, Rusiyanın Böyük Britaniya hökumətinin qanuni tələbinə riayət etməməsi onun təqsirinin əlavə sübutudur. Biz Rusiyanı Solsberidəki hücumla bağlı bütün suallara cavab verməyə çağırırıq.Xüsusilə, Rusiya Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatını “Novoçki” proqramı ilə bağlı tam və ətraflı məlumatla təmin etməlidir.Bizim narahatlığımız da Rusiyanın məsuliyyətsiz hərəkətlərinin əvvəlki halları fonunda artması ilə bağlıdır.Biz Rusiyanı beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün BMT Təhlükəsizlik Şurasının üzvü kimi öz öhdəliklərini yerinə yetirməyə çağırırıq.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Tereza Mey baş vermiş cinayətə görə Rusiyanın 23 diplomatının ölkədən xaric ediləcəyini bəyan edib.Buna cavab olaraq, Rusiyanın xarici işlər naziri Sergey Lavrov tezliklə Britaniya səfirliyinin və konsulluğunun ölkədən çıxarılacağını deyib.Artıq iki ölkə arasında diplomatik böhran yaşanır.Ancaq rəsmi Londonun Rusiyaya qarşı cəzalandırıcı tədbirlərinin bununla yekunlaşmayacağı gözlənilir.Tereza Meyin açıqlaması Britaniyanın Rusiyaya sanksiyalar tətbiq etmək niyyətindən xəbər verir.Fransa, Almaniya və ABŞ-ın sözügedən hadisəni pisləyən birgə bəyanata imza atması Qərbin həmin sanksiyalara dəstək verməyə hazır olduğunu göstərir.Bu isə rəsmi Moskvanın Qərblə gərgin olan münasibətlərini bir qədər də gərginləşdirəcək.“Breksit” referendumundan sonra Putin administrasiyası Britaniyanın Rusiyaya tətbiq edilən sanksiyalara münasibətdə Avropa Birliyi ilə yollarının ayrılacağına ümid edirdi.Lakin Skripal ailəsinin zəhərlənməsi Birləşmiş Krallığı Putin hakimiyyətinə qarşı mübarizədə Avropa Birliyi və ABŞ-la yenidən yaxınlaşdırıb.

Yaranmış vəziyyəti şərh edən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin sözlərinə görə, Sergey və Yuliya Skripalın qətlə yetirilməsi Qərblə Rusiya arasında “soyuq müharibə” həddinə çatmış geosiyasi qlobal və regional qarşıdurmanı bir qədər də dərinləşdirəcək:

“Hətta ABŞ-da hesab edirlər ki, yeni dünya nizamının yaranması üçün Üçüncü Dünya Müharibəsinə ehtiyac var. Türkiyənin prezidenti də buna işarə edərək “hər şeyə hazır olmalıyıq”-dedi. Ona görə də Azərbaycan dövləti və Azərbaycan cəmiyyəti də buna hazır olmalıdır.Hazırda dünyada İkinci Dünya Müharibəsindən sonra ən mürəkkəb dövrdür.Bu qarşıdurma həlledici mərhələyə daxil olub.Hər bir dövlət və millət öz tərəfini seçməkdədir.Azərbaycan da bu seçimi etməlidir.Baş verən hadisələr də həmin geopolitik qarşıdurmanın əlamətləridir və gizli kəşfiyyat müharibəsinin nəticələridir”.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sabiq əməkdaşı və Britaniyadan sığınacaq almış Aleksey Litvinenkonun da 2006-cı ilin noyabr ayında Londonda zəhərlənərək öldürülməsini təşkil etmişdi. Sülhəddin Əkbər hesab edir ki, Rusiya siyasi məqsədlərlə belə sui-qəsd üsullarından tarixən istifadə edib:

“Son zamanlar Rusiya belə üsullara tez-tez əl atır. Britaniya hökumətinin qəbul etdiyi qərara əsasən Birləşmiş Krallığın ərazisində həyata keçirilən 15 şübhəli ölüm faktı araşdırılacaq.Həmin ölümlərdə də Rusiyanın əli olduğuna dair müəyyən dəlillər var. Rusiya belə addım atmaqla iki hədəfi əsas götürür.Birincisi, Putin hakimiyyətinə rəqib çıxan və Qərbin yanında yer alanlara göstərirlər ki, hara getsəniz də sizi tapıb cəzalandıracağıq. Eyni zamanda, Qərb xüsusi xidmət orqanlarının Rusiyada iş apardığı məlumdur və Kreml bu addımı atmaqla qarşı tərəfə mesaj verir. Yəni bu sui-qəsd həm Rusiyada olub gözü Qərbdə olanlara, həm də Qərbdə olub gözü Rusiyada olanlara yönəlmiş ikibaşlı mesajdır”.

Politoloq Skripal cinayətinə görə Qərbin Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq edəcəyini istisna etmədi:

“Görünən odur ki, Böyük Britaniya və müttəfiqləri qəzəblənib və bu olaya sərt reaksiya verəcək. Amma hadisələrin hansı istiqamətdə davam edəcəyini söyləmək hələlik çətindir.“Novoçki” sinir-iflici qazı hərbi təyinatlı zəhərli maddədir və onun istifadəsi hərbi cinayət sayılır.Əgər Britaniya hökuməti bu cinayəti hərbi hücum kimi qiymətləndirirsə, deməli, cavabı da sərt olacaq.Bunu hansı şəkildə edəcəyi hələ müəyyənləşməyib. Bu iqtisadi sanksiyalar, kəşfiyyat müharibələri, vəkalət müharibələri formasında da ola bilər. Rusiya heç bir kimyəvi-kütləvi silah saxlamadığına dair beynəlxalq öhdəliyə imza atıb.Amma həmin sinir-iflici qazının Rusiyadan gətirildiyi üzə çıxarsa, deməli, həmin kimyəvi silah tam təhvil verilməyib, yaxud gizlədilib, ya da yeni texnologiya əsasında yenidən gizli istehsal edilib”.    /Cebhe.info/

Paylaş: