Ça. Avq 20th, 2019

Nəhayət, Türk Ordusu Afrində bayrağını ucaltdı – HƏMİN ANIN GÖRÜNTÜLƏRİ

Türk Silahlı Qüvvələri Afrinin tamamilə nəzarətə alınması ilə bağlı rəsmi açıqlamasını verib.

Turkustan.info Türkiyə mediasına istinadın xəbər verir ki, Afrinin mərkəzinin bütövlükdə Türk Silahlı Qüvvələrinin əlinə keçməsindən sonra təhlükəsizlik qüvvələri işlərini bölgədə davam etdirir.

TSQ açıqlamasında “Türk Silahlı Qüvəvləri və Azad Suriya Orusu tərəfindən Afrin şəhərinin mərkəzi nəzarətə alınıb. Bölgədə mina və kustar üsulla hazırlanmış partlayıcı vasitələrin axtarışı davam etməkdədir. Şəhidlərimizin ruhu şad olsun” deyə bildirib.

Afrinin mərkəzində nəzarəti ələ alan Türk Ordusu bayrağını da ucaldıb. Belə ki, terrorçulardan təmizlənən şəhərin mərkəzində hökumət binasının başında Türkiyə bayrağı ucaldılıb.

Afrinə Türk bayrağı asan mehmetçik yüksək səslə “Türk Silahlı Qüvvələrinin 18 mart Şəhidlər Günündə türk millətinə və bütün bütün şəhidlərimizə ərmağandır” deyib.   /A24.az/

 

Paylaş: