Ça. Avq 20th, 2019

Prezident seçkiləri üzrə səsverməyə start verildi

Rusiyada prezident seçkiləri üzrə səsverməyə start verilib.

Turkustan.info Rusiya mətbuatına istinadən xəbər verir ki, seçki məntəqələri ilk olaraq Çukot Muxtar Dairəsi və Kamçatka diyarında açılıb.

Səsvermə yerli vaxtla 8:00-dan 20:00-dək keçirilir.

Ümumilikdə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdədir.

Səsvermə prosedurunu dünyanın 109 ölkəsindən təqribən 1500 beynəlxalq müşahidəçi izləyəcək.

Rusiya prezidenti postuna 8 namizəd iddia edir.   /Unikal.org /

Paylaş: