Ça. Avq 20th, 2019

“Zeytun Budağı” əməliyyatında Türkiyə ordusunun 46 hərbçisi şəhid olub

Türkiyə ordusu “Zeytun Budağı” əməliyyatı başlayandan etibarən 46 hərbçisini itirib.

Turkustan.info saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə silahlı qüvvələrinın Baş Qərargah İdarəsi məlumat yayıb.

Bildirilir ki, əməliyyatlar zamanı 225 hərbçi yaralanıb.

Qeyd edək ki, Çanaqqala zəfərinin 103-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin şəhər mərkəzi Türkiyə ordusunun dəstəyi ilə müxalif Azad Suriya Ordusu tərəfindən tam nəzarətə götürüldüyünü bildirib.  /Modern.az/

Paylaş: