06 Dekabr 2020 01:33

Afrin alındı, terror qırıldı: Bundan sonra nə olacaq?

Türkiyə Afrin əməliyyatını Rusiya ilə anlaşaraq həyata keçirdi. Beynəlxalq ictimiyyətdən güclü bir dəstək aldığımızı söyləmək olmaz. Ancaq ABŞ və AB-nin açıqlamaları xaricində beynəlxalq ictimaiyyətdən elə bir təsirli əngəlləmə də yaşanmadı. Buna səbəb isə Türkiyənin şəhidlər vermək bahasına olsa da, mülki itkilərə diqqət yetirməsi idi. Nəticədə PKK və beynəlxalq ictimaiyyətin əlinə təzyiq vasitəsi keçmədi.

Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli köşə yazarı Əbdülqədir Səlvinin “Hürriyət”dəki yazısında deyilib.

Müəllif bildirib ki, Afrin əməliyyatında 3600-dən çox terrorçu zərərsizləşdirilib, ancaq mülki itkilər sıfra bərabər olub. ABŞ-ın Mosul əməliyyatı, rejimin Şərqi Qutadakı qətliamı və viran qoyulan Hələbi xatırlasaq, Türkiyənin Afrin əməliyyatında dağıntı və mülki itkiləri minimuma endirməsinin nə dərəcədə vacib olduğunu anlamaq olar:

“Zeytun budağı” əməliyyatının strateji əhəmiyyətinə bir neçə başlıq altında nəzər salmaq lazımdır:

1. “Fərat qalxanı” və Afrin əməliyyatı ilə ABŞ-ın Türkiyə sərhədlərində yaratmağa çalışdığı terror koridoru qırıldı.

2. “Fərat qalxanı” ilə İŞİD Cerablus və Əl-Babdan, Afrin əməliyyatı ilə PKK-YPG Fərat çayının qərbindən təmizlənib. Beləliklə, Türkiyə-Suriya sərhədinin bir hissəsi terrordan təmizlənib.

Afrinin mərkəzini ələ keçirən Türkiyənin qarşısında indi də Menbiç dayanır. Menbiç əməliyyatı başlamadan qabaq isə Afrində edilməsi nəzərdə tutulanlara baxmaq lazımdır. Afrin əməliyyatının 4 mərhələli şəkildə keçirilməsi nəzərdə tutulub:

1. Afrinin düzənlik hissəsinin təmizlənməsi Afrinin şəhər mərkəzində nəzarətin ələ keçirilməsi

2. Yerli ünsürlərdən ibarət “Şəhər şurası”nın yaradılması

3. Afrin şəhər mərkəzinin terrorçulardan təmizlənməsi əməliyyatı hələ bir müddət davam edəcək. Burada şəhərin dağıntı və şəhər döyüşləri olmadan ələ keçirilməsi türk ordusunun imkanlarını artırır. Qısa müddət ərzində təhlükəsizliyi təmin edib, bələdiyyə xidmətləri təklif olunacaq.

4. Afrinin Menbiç və İdliblə birləşdirilməsi. Bu mərhələnin həyata keçirilməsi ilə birlikdə terror qruplaşmaları Fəratın qərbindən təmizlənmiş olacaq”.

Paylaş: