25 Oktyabr 2020 18:19

Putin gələcək 7 ildə: “Post-sovet ölkələrilə təzyiq diliylə danışacaq” – POLİTOLOQ

Rusiyada prezident seçkiləri yenidən Putinə Kremldə növbəti 7 il üçün qalmaq şansı verdi.

AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında növbəti yeddi ilin əvvəlki illərdən fərqli olaraq Putin üçün gərgin keçəcəyini deyib.

Onun sözlərinə görə, Qərblə kəskinləşən siyasi -iqtisadi münasibətlər kəşfiyyat və kiber müharibə ilə davam edir: “Hələ Vladimir Putin 2014-cü ildə öz “Yaşıl adamcıqlarını” Krıma çıxarmaqla Qərbə qarşı hibrid müharibəsini elan etdi və Ukraynanın bu ərazisini güc tətbiq edərək Rusiyaya birləşdirdi. Putinin bu siyasi-hərbi hərəkəti İkinci Dünya Müharibəsindən sonra dövlətlərin toxunulmaz sərhədlərini güc yolu ilə dəyişdirməsi idi. Təbii ki, ABŞ başda olmaqla Qərb dünyası rəsmi Kremlin beynəlxalq hüququ pozan bu siyasətinə seyrçi qala bilməzdi. Tətbiq edilən sanksiyalar bu ölkənin iqtisadi inkişafına zərbə vurdu”.

Politoloq qeyd edib ki, bir tərəfdən Britaniyada keçmiş casusa qarşı kimyəvi silahla hücum Putinə qarşı vahid cəbhənin formalaşmasına əsas verdi: “Qərbdən bu qədər təzyiqlər fonunda Putin MDB ölkələrindən Rusiyaya qarşı tam dəstək ifadə olunmasını istəyəcək. Ötən həftə Qazaxıstanın ABŞ vətəndaşları üçün viza rejimini qaldırmasına Rusiya XİN rəhbərinin Sergey Lavrovun sərt bəyanatı göstərir ki, Moskva bundan sonra öz geosiyasi hüdudları saydığı post-sovet ölkələri ilə təzyiq dili ilə danışacaq və Qərbin bu dairədə möhkəmlənməsinə imkan verməyəcək. Qeyd edim ki, ABŞ Qazaxıstanı öz orbitinə almaqla Rusiyanın MDB ölkələrinə təsirini azaltmaq və Avrasiya İttifaqını beşikdə boğmağı qarşına məqsəd qoyub. Bu xüsusda Putinin növbəti prezidentlik dönəmində qonşu ölkələrə qarşı siyasi təzyiqlərinin artması gözləniləndir.

Putinin bu dönəmdə Azərbaycanla bağlı siyasətinə gəldikdə isə, Rusiya-Azərbaycan əlaqələrində ciddi problem gözlənilmir. Rusiya ilə ölkəmiz arasında hərbi-ticari müqavilələrin yenidən bağlanması gözlənilir. Azərbaycan Rusiyaya görə Avropa ilə müəyyən ara məsafəsi saxlayacaq. Əgər ABŞ-ın məlum sanksiya xəbərdarlıqlarına görə Azərbaycan Rusiya ilə müqavilədən çəkinsə, Rusiyanın ölkəmizə ciddi təzyiqləri ola bilər. Xəzərin statusu ilə bağlı danışıqlar təxirə salınar. Xəzər dənizində Rusiya hərbi gəmilərinin intensiv manevrlərinin şahidi ola bilərik. Həmçinin, KTMT çərçivəsində Rusiya Ermənistana açıq dəstəyini ifadə edər. Bu müddətdə Putin Qarabağ münaqişəsinin həllində real danışıqlara imkan verməyəcək və Ermənistan hakimiyyətini öz siyasi idarəsində saxlamaqla regionda sülhün bərqərarına əsas maneə olacaq. Putinin növbəti prezidentliyi sülh və təhlükəsizliyin qorunmasına deyil, münaqişlərin qızışdırılmasına və problemlərin dərinləşməsinə xidmət edəcək”.    /Cebhe.info/

 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri