BAKIDA: Qadın sərnişin avtobusda sürücünü yumruqladı – VİDEO

Bakıda marşrut avtobusunda qadın sərnişin sürücünü döyüb.
Turkustan.info xəbər verir ki, bu gün səhər saatlarında 79 saylı marşrut üzrə hərəkət edən avtobus Tbilisi prospekti ilə metronun “20 yanvar” stansiyası istiqamətində işıqforun qırmızı işığında dayanıb.
 Bu zaman iki sərnişin sürücüdən avtobusu hərəkətə gətirərək yola davam etməsini tələb edib. Sürücü isə yaşıl işığın yanmasını gözlədiyini deyib.
Sürücünün sözü ilə razılaşmayan qadın sərnişin arxadan gələrək sürücüyə yumruqla zərbə endirib. Sürücünün bildirdiyinə görə, həmin şəxslər marşrutun son dayanacağına gələrək mübahisəni davam etdiriblər və dava-dalaş salmağa çalışıblar. 
79 saylı xətt üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Xaliq Faiqoğlu ” şirkəti məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəklərini bildirib.   /Lent.az/

https://youtu.be/KMTCresukGk

 

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al