24 Oktyabr 2020 19:28

Qənirə Paşayeva 300-dən artıq azərbaycanlının təhsil aldığı universitetinin rəhbərliyi ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva 300-dən artıq azərbaycanlının təhsil aldığı Bursa Universitetinin rəhbərliyi ilə görüşüb. Millət vəkili Q.Paşayeva Azərbaycanda səfərdə olan Uludağ Universitetinin rektor müavini Prof. Dr. Mehmet Yüce və universitetin rəsmiləri ilə görüşüb.

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırovanın da iştirak etdiyi görüş zamanı Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ həqiqətləri ilə bağlı universitetdə tədbirlərin daha da artmasının vacibliyi ətrafında geniş müzakirələr olub və konkret layihələr ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı bu universitetdə təhsil alan 300-dən artıq azərbaycanlı tələbələrlə də bağlı müzakirələr olub. Millət vəkili Azərbaycanın bu vilayətdə təbliği və Qarabağ həqiqətlərinin burada daha geniş yayımasında onların üzərinə də böyük vəzifələr düşdüyünü xüsusi vurğulayıb.

Görüşün sonunda millət vəkili Q.Paşayeva Uludağ Universitetinin rektor müavini Prof. Dr. Mehmet Yüce və universitetin rəsmilərinə Azərbaycan mədəniyyətinə dair hədiyyələr təqdim edib və onların simasında bütün qardaş Türkiyədə yaşayan qardaş-bacılarımızın Novruz bayramını təbrik edib.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri