03 Dekabr 2020 04:44

Dəniz sahilində tapılan bu canlı hər kəsi qorxutdu

Ceff Uorrenin sözlərinə görə, canlı Loxness bədheybətinə və pleziozavra çox oxşayır.
ABŞ-ın Corciya ştatının sahillərində dinozavrların dövründə mövcud olmuş pleziozavra bənzəyən dəniz canlısı aşkar edilib. Turkustan.info bu barədə The Daily Mail-ə istinadən xəbər verir.

Məlumata əsasən, ABŞ vətəndaşı Ceff Uorren oğlu ilə birlikdə qayıqla gəzərkən qeyri-adi sahildə dəniz canlısının cəsədinə rast gəlib.

Ceff Uorrenin sözlərinə görə, canlı Loxness bədheybətinə və pleziozavra çox oxşayır. Onun uzun boynu, balaça kəlləsi var.

ABŞ-ın Balıq resursları və vəhşi heyvanların mühafizəsi xidmətinin şefi Den Eş isə bildirib ki, hərdən köpək balığının leşi pleziozavr kimi qəbul edilir.

The dead creature has drawn comparisons to the legendary Loch Ness Monster 

/Sputnik.Az/

Paylaş: