Türkiyədən yeni əməliyyat: “Dəclə qalxanı” başlayır
Türkiyə İraqın şimalında PKK terror təşkilatı üçün ikinci Qəndilə çevrilən Sincar vilayətinin terrorçulardan təmizlənməsi üçün yeni əməliyyatlara hazırlaşır.
Turkustan.info xəbər verir ki, bu barədə Türkiyənin “Axşam” qəzeti məlumat yayıb. Yeni hərbi əməliyyatın “Dəclə qalxanı” adlanacağı bildirilib.
Əməliyyatın başlanacağı tarix barədə hələlik heç bir məlumat yoxdur.
Yeni əməliyyata Türkiyənin uzun müddətdir İraqın Başika şəhərində hazırladığı “Haşdi Vətəni” qruplaşmasının üzvlərinin qatılacağı iddia edilir. /Axar.az/