Prezident büdcədən 16,5 milyon manat ayırdı

Prezident İlham Əliyev “Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Turkustan.info-nun xəbərinə görə, Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin layihə-smeta sənədlərinin hazırlanması və tikintisinin başa çatdırılması məqsədilə prezidentin 2018-ci il 22 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.9.11-ci yarımbəndində göstərilmiş məbləğin 16,5 milyon manatı Gənclər və İdman Nazirliyinə ayrılıb.    /Qafqazinfo/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al