Türkiyənin Nevşehir şəhərində qəzaya uğrayan “F-16” qırıcı təyyarəsinin pilotu həlak olub.
Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının nümayəndəsi məlumat yayıb. Qəzadan sonra əməliyyat–axtarış tədbirləri nəticəsində təyyarənin qalıqları və pilotun meyiti aşkar olunub. /Publika.az/