29 Oktyabr 2020 05:42

Dünyanın gözü Putin-Tramp görüşündə: İlk addım…

Trampın rusiyalı həmkarını prezident seçilməsi münasibətilə təbrik etməsi və iki ölkə arasında görüşlə bağlı fikir mübadiləsi olduqca müsbət hadisədir.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a ABŞ və Rusiya prezidentləri arasında ehtimal edilən görüşlə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq gözlənilən görüşə ümidlərin böyük olduğunu bildirib:

“Buna qədər hadisələr yüksələn xətt üzrə qarşıdurmaya doğru gedirdi. Putin gözlənilənlərin əksinə olaraq, Qərblə konfrantasiya xəttini seçmək istəmədiyini, əksinə, münasibətlərin yaxşılaşmasının tərəfdarı olduğunu bildirdi. Eyni zamanda, Britaniya da Rusiya ilə gərgin qarşıdurmaya getmək istəmədiyini açıqladı. Düzdür, Britaniya tərəfindən Rusiyanın Qərbdə törətdiyi hərəkətlərə psinpial qiymət veriləcək, ancaq bu, kəskin qarşdurmalara aparmamalıdır. Qərb dünyasından Amerikada yalnız Makkeyn Trampın Putinə zəngini Rusiya xalqını təhqir kimi qiymətləndirdi və bununla Rusiyada seçkilərin ədalətli keçmədiyinə işarə vurdu. Hər halda, Putinin rəqibi yox idi və belə bir şəraitdə onun yenidən prezident seçiləcəyinə heç kim şübhə etmirdi. Əgər Putin bundan sonra sürətli silahlanmaya təkan verilməsi xəttini seçməsə, dünya xeyli rahat nəfəs alacaq. Hələ ki, danışıqlar prosesi getməsə və prinsipal razılaşma əldə edilməsə də, ilk addım xoşniyyətli olduğundan müsbət fikir yürütməyə əsas verir”.

Politoloq görüş baş tutacağı təqdirdə bir sıra mühüm məsələlərin həlli ilə bağlı sıçrayışların ola biləcəyini düşünür:

“Söhbət yenidən soyuq savaş təhlükəsi, nüvə müharibəsi və kütləvi qırğın silahlarının tətbiqi ilə bağlı dünyanı narahat edən məsələlərdən gedir. Liderlər dünyanın yenidən əmin-amanlığa qovuşması üçün lazımı addımları atmalıdırlar. Bu fonda bölgədəki münaqişəli vəziyyətlərin həllinə super dövlətlərin dəstəyi də artıq labüddür. Dünyadakı yeni düzənin qorunub saxlanılması və bunun bəşəriyyətin rifahı naminə sərf edilməsi indiki kövrək şəraitdə çox vacibdir. Hər halda, ümidlər və bu ümidlərin dünyada doğurduğu reznons pis deyil. Qarşıdakı hadislərin, xüsusilə də ABŞ və Rusiya lidelərinin görüşünün dünya üçün çox vacib olan məsələlərin həllinə gətirib çıxaracağı hazırda hər kəsi düşündürən bir nömrəli məsələdir. Ümid kiçik də olsa, var”.

Qeyd edək ki, Ağ Ev Trampın seçkidə qalib gələn Putini təbrik etməyəcəyini açıqlamışdı. Amma ABŞ Prezidenti Donald Tramp Vladimir Putinə gözlənilmədən zəng etdi və liderlər görüş barədə ilkin razılığa gəldilər.   

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri