Bz. Sen 22nd, 2019

İspaniya yenidən qarışdı: 27 yaralı – VİDEO

Barselonada mitinq zamanı baş verən iğtişaşlar nəticəsində 27 nəfər xəsarət alıb.

Turkustan.info-nun xarici KİV-ə istinadən xəbərinə görə, İspaniya məhkəməsinin qərarına etiraz əlaməti olaraq keçirilən mitinqə təxminən 10 min nəfər qatılıb.

Bəzi mitinqçilər aksiya zamanı butılka və tüstü bombası atıblar. Onlar Kataloniya hökumətinin binası ətrafında polisin qurduğu mühasirəni yarmağa çalışıblar.

Qeyd edək ki, İspaniya Ali Məhkəməsi İspaniyanı tərk edən Kataloniya hökumətinin başçısı Karles Puçdemon və daha 4 siyasətçinin həbsinə qərar verib. Bu qərar ötən ilin oktyabrında keçirilən Kataloniyanın müstəqillik referendumu ilə əlaqədar qəbul olunub.

Puçdemon hazırda Brüssəldədir. O, həbs olunmaq təhlükəsi səbəbindən İspaniyaya qayıda bilmir. Qeyd edək ki, ötən ilin dekabrında onun həbsi üçün beynəlxalq order verilsə də, sonradan bu order geri götürülmüşdü.   /Teleqraf.com/

Paylaş: