21 Yanvar 2021 09:51

Ərdoğandan sensasiya: Bir xanımdan məktub aldım…

Türkiyənin düşmənlərinə Osmanlı şilləsi qədər təsirli olan bir qələbəyə doğru irəliləmək istəyirik.

Turkustan.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Afrində etdiklərimizi hər kəs gördü. Bəzilərinin bəyənmədiyi ASO “Fərat qalxanı” hərəkatında 614, “Zeytun budağı” hərəkatında isə 302 şəhid verdi.

Bu gün səhər Şərqi Qutadan məktub aldım. Bir xanım yazmışdı ki, Afrində atdığınız addımları Şərqi Qutada da atın”, – Ərdoğan bildirib.

Qeyd edək ki, Əsəd rejiminin davamlı olaraq Şərqi Qutanı bombardman etməsi nəticəsində yüzlərlə qadın, uşaq həlak olur.

Tel-Rıfat sakinləri də aksiya keçirərək, türk ordusunu çağırmışdı.   /Axar.az/

Paylaş: