Ça. Yan 21st, 2020

Rusiyada ticarət mərkəzində dəhşətli yanğın: 7 ölü, 30 yaralı, 35 itkin

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın lokallaşdırılıb.

Turkustan.info yerli KİV-ə istinadən bildirir ki, hazırda Rusiya İstintaq Komitəsinin əməkdaşları tərəfindən yanğın zamanı 35 nəfərin itkin düşdüyü barədə məlumat yoxlanılır.

Qeyd edək ki, ticarət mərkəzində baş verən yanğın nəticəsində daha iki nəfərin meyitinin tapıldığı məlum olub. Beləliklə, ölü sayı 7-yə çatıb. 30 nəfər xəstəxanaya yerləşdirilib.

***20:52

Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” adlı ticarət-əyləncə mərkəzində baş verən güclü yanğın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Yanğın zamanı 26 nəfər xəsarət alıb, 35 nəfər isə itkin düşüb.

Yanğının hələ də tam söndürülmədiyi bildirilir.

***16:46

İndiyə olan və dəqiqləşdirilmiş son məlumata göğrə, bu gün Rusiyanın Kemerova şəhərində “Qış albalısı” ticarət mərkəzində yanğın nəticəsində 3 uşaq və bir qadın ölüb.

TASS agentliyinin məlumatına görə, bunu Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko deyib.

Ölən uşaqlar və qadın yanğın zamanı ticarət mərkəzindəki uşaq əyləncə otağında olublar. S. Petrenko yanğın zamanı xəsarət alan 26 nəfərin xəstəxanalara yerləşdirildiyini də qeyd edib.

S. Petrenko ticarət mərkəzində yerləşən iki kinoteatr zalında tavanın çökdüyünü də açıqlayıb. Hazırda yanğının söndürülməsi və xilasetmə işləri davam edir.

***15:55

Bu gün Rusiyanın Kemerova şəhərində “Qış albalısı” ticarət mərkəzində yanğın olub.

RİA Novosti-nin verdiyi məlumata görə, yanğın zamanı tüstüdən zəhərlənən 4 uşaq ölüb. Daha 12 nəfərin xəsarət aldığı bildirilir. Obyektdən 100 nəfər təxliyə olunub.

Yanğının əhatə etdiyi sahə və yanğının səbəbi dəqiqləşdirilir.   /Virtualaz.org /

Посмотреть изображение в Твиттере

 

Paylaş: