21 Yanvar 2021 12:23

Tramp üç cəbhədə müharibə… – ŞOK XƏBƏRDARLIQ

“ABŞ hazırda öz müasir tarixində ən təhlükəli anı yaşayır”.

Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, bu haqda keçmiş yüksək vəzifəli Amerika diplomatı, Birləşmiş Ştatların xarici siyasətinin nəzəriyyəçilərindən olan Riçard Haas Tvitter səhifəsində yazıb.

“ABŞ Prezidenti Donald Tramp indi 3 cəbhədə müharibə aparmağa köklənib: Robert Müllerə (Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxiləsi və Donald Trampın komandasının Rusiya ilə gizli əlaqələrinə dair təhqiqat aparan xüsusi prokuror –red.) qarşı siyasi, Çinə və başqa ticarət partnyorlarına qarşı ticarət, həmçinin İrana və Şimali Koreyaya qarşı əsl müharibə. Bu müasir Amerika tarixində ən təhlükəli andır”, – o qeyd edib.   /Publika.az/

Paylaş: