İrəvanın mərkəzində atışma
Ermənistanın paytaxtı İrəvan şəhərində atəş səsləri eşidilib.
Axar.az xəbər verir ki, erməni mətbuatı atışmanın yerli vaxtda 18:30-da Çarentsa küçəsində baş verdiyini yazıb.
Məlumata görə, hadisə yerinə dərhal polis əməkdaşları cəlb edilib. Hadisənin hansı şəraitdə baş verməsi və iştirakçılarının müəyyən edilməsi istiqamətində iş aparılır. /Axar.az/