SON DƏQİQƏ:İraq Ordusu Sincarda silahlandı
İraq ordusu PKK terror təşkilatının qaçdığı Sincar və Sinun qəsəbəsində silanlanıb.
Turkustan.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyənin “Zeytun budağı”əməliyyatı zamanı Afrinin terrorçulardan təmizlənməsindən sonra Ərdoğannın Sincarı hədəf göstərməsi PKK-lıların bölgədən qaçmasına səbəb olub.
İraq Birgə Əməliyyatlar Komandirliyinin sözçüsü general-mayor Yahya Rəsul PKK-nın qaçdığı bölgələrdə ağır silahlarla silahlandıqlarını açıqlayıb.
Qeyd edək ki, terror təşkilatı PKK 3 avqust 2014-cü ildə İŞİD-in Sincardakı Ezidilərə hucum etdiklərini bəhanə edərək bölgədə nüfuz qazanmağa başlayıb. İraq Ordusunun sözçüsü general-mayor Resul isə “Sincarda PKK-nın qaçdığı bölgələrdə güvvələrimiz silahlanıb” deyə qeyd edib.
/A24.az/