Ca. Noy 14th, 2019

Türkiyə ballistik raketlərini sınaqdan keçirib

Türkiyədə “Gökdoğan” və “Bozdoğan” adlı ilk yerli ballistik raketlər uğurla sınaqdan keçirilib.

Turkustan.info “Anadolu”ya istinadən xəbər verir ki, raketlərin sınaq buraxılışı Sinop şəhəri ərazisindəki hərbi poliqonda baş tutub.

Sınaq zamanı mütəxəssislər tuşlama sistemi söndürüldükdən sonra raket mühərrikinin imkanlarını qiymətləndiriblər.

Həmçinin sınaq proqramına əsasən, Türkiyə 2018-ci ilin son rübündə hərəkətdə olan hədəfin vurulması üçün raketin yer qurğusundan və təyyarədən buraxılışını həyata keçirmək niyyətindədir.   /Report.az/

Paylaş: