Belçikada təcili iclas: Rus diplomat ölkədən qovuldu

Belçikanın Nazirlər Kabineti Skripal olayı ilə bağlı Böyük Britaniya ilə həmrəylik nümayiş etdirərək bir rusiyalı diplomatın ölkədən göndərilməsi ilə bağlı qərar qəbul edib.

Turkustan.info xəbər verir ki, bu barədə RİA məlumat verib.

“Elə indicə məlum oldu ki, Brüsseldən bir rusiyalı diplomat göndəriləcək”, – deyə bildirilib.

Məsələ ilə bağlı Belçikada baş nazir, xarici işlər naziri və təhlükəsizlik qüvvələrinin rəhbərinin iştirakı ilə təcili iclas baş tutub.

Qeyd edək ki, ötən gündən başlayaraq, artıq 24 ölkə, o cümlədən NATO (7 diplomat) rus diplomatların ölkədən çıxması barədə qərar verib.  /axar.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al