Putin geri çəkilmir: Proses necə davam edəcək?

Rusiya hər zaman öz diplomatlarının deportasiyasına analoji formada cavab verib və bu dəfə də eyni addımı atacaq.

Turkustan.info xəbər verir ki, bu sözlər ukraynalı diplomat Boqdar Yaremenkonun “Apostrof” saytında dərc olunan məqaləsində yer alıb.

“Rus diplomatların qovulması Moskvanın aqressiv və hərbiləşdirilmiş xarici siyasətinə reaksiyadır. Bəs bu proses necə bitə bilər? Proses müxtəlif formalara qədər, hətta dünya müharibəsinə qədər çata bilər. Qarşıdurmalar gərginləşir, konfliktlər dərinləşir. Bu addım təkcə Ukraynada baş vermir. Rusiya geriyə addım atmayacaq. Buna səbəb isə Putinin bütün diqqətləri özünə yönəltməsi və özünün düşmən olduğunu xatırlatmasıdır. Rusiya Qərbin eyni hüquqlu tərəfdaşı ola bilməyib, ona görə də o, eyni hüquqlu düşmən olmaq qərarını verib. Bu yanaşma eskalasiyanın davam etdirilməsini diktə edir”, – deyə o bildirib.   /Axar.az /

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al