Türkiyə ordusu Suriyanın daha bir bölgəsində əməliyyata başladı
Bu gün Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu Suriyanın Tel-Rifat bölgəsində hərbi əməliyyatlara başlayıb.
Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatların məqsədi ərazini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləməkdir.
Məlumata görə, Türkiyə qırıcı təyyarələri ötən gecə PYD/YPG terrorçularının Tel-Rifat ətrafındakı mövqeləri bombalayıb. Bu gün isə Türkiyə ordusu və Azad Suriya Ordusunun bölmələri quru əməliyyatına başlayıb. Tel-Rifatın PYD/YPG terrorçularından təmizlənməsi ilə “Zeytun budağı” əməliyyatı başa çatacaq. /BakuPost/