22 Yanvar 2021 17:12

Ərdoğandan bozqurd açıqlaması

Türkiyə prezidenti Ərdoğan Manisa vilayətində keçirilən mitinq göstərdiyi bozqurd işarəsi barədə jurnalistlərin sualına cavab verib.
Turkustan.info xəbər verir ki, “Milliyet” qəzetinin jurnalisti Serpil Çevikcanın “Mersində göstərdiyiniz bozqurd işarəsi ilə bağlı Baxçalı ilə heç söhbət etdinizmi?” sualına Ərdoğan belə cavab verib:
“O işarə Rabianı sayarkən spontan şəkildə oldu. Hətta mən fərqində belə deyildim, çıxışım yekunlaşdıqdan sonra yoldaşlar dedilər. İradəm xaricində oldu, amma gözəl oldu”.   /Avropa.info/

Paylaş: