“Mən belə adamlarla həmrəy olsam deməli mən də onların tayıyam “

Turkustan.İnfo xəbər verir ki, bu sözləri prezidentliyə namizəd Araz Əlizadə deyib

Araz Əlizadə deyib ki, o, dövlət çevrilişi edənlərlə həmrəy ola bilməz:

“Mən burada oturan bütün namizədlərlə həmrəyəm. Çünki mən onların Azərbaycan xalqını sevdiyini bilirəm. Amma burada oturan bir nəfər var ki, mən onunla həmrəy ola bilmərəm. Həmin o şəxs Liviya bombardıman ediləndə demişdi ki, “O bombalardan birini də Azərbaycana atsaydılar qısa müddətlik də olsa hakimiyyətə gələrdik“.

Mən dövlət çevrilişi edənlərlə, vətən xəyanət edənlərlə, Azərbaycana palçıq atanlarla necə həmrəy ola bilərəm? Mən belə adamlarla həmrəy olsam deməli mən də onların tayıyam. Xeyr, mən Azərbaycan əleyhinə heç vaxt iş görməmişəm, görmərəm də”.   /Minval.İnfo/