29 Oktyabr 2020 05:08

Qərbin təhlükəli ssenarisi işə düşdü: Putin məcbur edilir…

Dünyanın əksər dövlətləri, xüsusilə də Qərb tərəfindən Moskvanın təklənməsi prosesi özünü ən çox Rusiyaya qarşı sanksiyalarda göstərir. Bu, çox ciddi hadisədir.

Turkustan.info xəbər verir ki, bu sözləri Axar.az-a Skripal olayı fonunda Qərbin Rusiyaya qarşı sərt tədbirləri və bunun mümkün nəticələri ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun fikrincə, Qərb son dövrlərdə Rusiyanı qızışdırmağın ən təhlükəli yoluna əl atıb:

“Artıq İsveçrə banklarına göstəriş verilib ki, oradakı rus əmanətçilərinin adları və onların əmanətlərinin miqdarı leqallaşdırılsın. İsveçrə bu məlumatları verməməyə dair öhdəlik götürsə də, bu dəfə həmin öhdəliyi pozmalı olacaq. Böyük Britaniyada 54 min funt sterlinqdən çox əmlakın sahibi gəlir qaynaqları haqqında inandırıcı və sənədlərlə təsdiq edilmiş məlumatlar verməsə, onun əmlakı müsadirə olunacaq. Bu, ofşor zonalara da aid ediləcək. Düzdür, ofşor zonalarda gəlir vergisi və buna bənzər digər yoxlamalar nəzərdə tutulmur, ancaq bu dəfə Panama, Malta kimi bilavasitə ABŞ və Qərbin təsiri altında olan zonalarda yatırılan sərmayə və alınan əmlakların mənbəyi araşdırılacaq. Bu yoxlamadan keçməyən əmlak və vəsaitlər müsadirə ediləcək”.

Politoloq bildirib ki, rus diplomatlarının Avropadan qovulması Qərbin indiyə qədər Rusiyaya qarşı başlatdığı ən təhlükəli proses hesab oluna bilər:

“Qərbdə belə hesab edirlər ki, həmin diplomatlar diplomatik deyil, kəşfiyyat funksiyasını yerinə yetirirlər. Bunu əsas gətirən Avropa dövlətləri də sözügedən “kəşfiyyatçı diplomatların” ölkədən çıxarılması haqqında qərar verib. Bütün bunlar onu göstərir ki, Qərb dünyası həmrəy formada hərəkət edərək Rusiyaya qarşı eyni addımları atmaqdadır. Hətta ərəb ölkələrinin bəziləri də bu məsələdə Amerika və Qərbi Avropanın addımlarını ciddi surətdə dəstəkləyir. Belə ki, Ərəbistan və Misirin, o cümlədən İsrailin də prosesə qoşulacağı ilə bağlı ilk siqnallar gəlməkdədir. Rusiya-Qərb qarşıdurması özünün pik həddinə çatıb. Hətta gələcəkdə Putinin sərvətinin də sanksiyalara məruz qalacağı istisna deyil. Putin ətrafındakı oliqarxlar içərisində ən varlısıdır. Bəzi mənbələrə görə, onun sərvəti 200 milyard dollardan çoxdur. Zənnimcə, Qərb hər şeyi ölçüb-biçir. Yəni Qərb hesab edir ki, əgər indiki şəraitdə Putini cilovlamasa, sonradan Rusiyanı yerinə oturtmaq çox çətin olacaq. Qərb özünün həm hərbi, həm də rezervlərini nəzərə alaraq, Putinin yeni dünya və ya nüvə müharibəsinə başlamağa cəsarət etməyəcəyini də çox yaxşı bilir”.

Politoloq hesab edir ki, bütövlükdə nüvə müharibəsinin başlaması Rusiyanın Yer üzündən silinməsi ilə nəticələnə bilər:

“Bu nöqteyi-nəzərdən yeni dünya müharibəsinin başlayacağı qənaətində deyiləm. Ancaq baş verənlərin yüksək gərginliklə davam etməsi, Putini Donbasdan, hətta ola bilsin, Krım, Gürcüstan, Cənubi Qafqaz və nəhayət, Suriyadan çıxmağa vadar edə, bununla da Rusiya rəhbərini daha tolerant siyasət aparmağa məcbur edə bilər. Bu da özlüyündə yeni dünya müharibəsi riskinin xeyli azalması demək olacaq”.

Qeyd edək ki, ABŞ və müttəfiqlər Skripal olayına görə 151 rusiyalı diplomatı öz ölkələrindən qovub.

Böyük Britaniya parlamentinin Beynəlxalq əlaqələr komitəsi isə Vladimir Putin və onun yaxın ətrafının ofşor hesablarına qarşı sanksiya tətbiq etmək imkanlarını nəzərdən keçirəcəyini açıqlayıb.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri