Rusiyada növbəti böyük yanğın başladı – VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində böyük yanğın baş verib.
Turkustan.info xəbər verir ki, “Rolf” adlı avtosalon yanmağa başlayıb. Yanğının hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.
Qeyd edək ki, Kemerovoda “Qış almalısı” ticarət mərkəzində martın 25-də baş vermiş yanğın nəticəsində 41-i uşaq olmaqla, 64 nəfər ölüb. Ölənlərin sayının 78 olması barədə səslənən iddialarla bağlı isə araşdırmalara başlanılıb.