Şb. Sen 21st, 2019

ABŞ-dan Ermənistana AĞIR ZƏRBƏ – Tramp imzaladı

ABŞ prezidenti Donald Tramp Konqres tərəfindən daha əvvəl bəyənilmiş Amerika büdcəsinin layihəsini imzalayıb.
 
Ermənistan Gürcüstandan və Ukraynadan fərqli olaraq, maliyyə köməyi almayacaq.
 
Gürcüstana ən azı 105 milyon 325 min, Ukraynaya isə 420 milyon 700 min dollar maliyyə köməyinin göstərilməsi nızərdə tutulur. Bu məbləğə Ukraynaya ayrılan 200 milyonluq hərbi yardım daxil deyil.
 
Xatırladaq ki, daha əvvəl Ermənistana 60 milyon dollar yardımın ayrılması çağırışı ilə Konqresin 37 üzvü müraciət etmişdi. Onlar 30 milyon iqtisadi və 30 milyon hərbi, həmçinin Yaxın Şərqdən erməni qaçqınları üçün 20 milyon dolların ayrılmasını xahiş edirdilər.   /publika.az/

Paylaş: