C. Noy 22nd, 2019

Aqronomluq fakültəsinin tələbələri səpində iştirak edib

Aqronomluq fakültəsinin aqronomluq ixtisasının III kurs tələbələri bitkiçilik və biti mühafizəsi kafedrasının müəllimləri ilə birgə ADAU-nun tədris təcrübə sahəsində dən və silos məqsədi ilə qarğıdalı bitkisinin səpinində iştirak edib.

Kafedranın müəllimləri tələbələrə qarğıdalının əhəmiyyəti və becərilmə texnologiyası ( səpin müddəti, üsulu, norması, toxumun basdırılma dərinliyi ) haqqında məlumat verib,  sonra tələbələrin iştirakı ilə səpin aqreqatı nizamlanaraq səpin aparılıb. Səpin materialı kimi universitetin bir qrup professor-müəllim heyəti tərəfindən alınan “ADAU-80” qarğıdalı sortundan istifadə olunub. Tələbələrin verdikləri sualları müəllimlər ətraflı cavablandırıb, torpağın əkinə hazırlanması , toxumun dərmanlanması , xəstəlik və zərərvericilərlə mübarizə barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Paylaş: