Şb. Sen 21st, 2019

Aygün Attardan yeni bir möhtəşəm əsər!

Turkustan.info xəbər verir ki, bu yaxınlarda Türkiyədə yaşayan həmyerlimiz, içtimai siyasi xadim, tanınmış tarixçi, Türkiyədə ilk dəfə “Xocalı Soyqırımı” adlı disertasiyaya elmi rəhbərlik etmiş, Türk dünyasının dəyərli ziyalısı Aygün Attarın “Bir Modernite Sorunu Olarak Ermeniçilik” yeni bir elmi əsəri Babıali  Kültür Yayınçılığı tərəfindən nəfis şəkildə çap edilib.

Professor Aygün Attarın ONN media vasitəsi ilə Azərbaycandakı oxuculara da, bu barədə çatdıracaqları var;

Dəyərli həmvətənlərim!

Türkiyədə erməni məsələsinin ortaya çıxmasından bu zamana qədər mövzuyla bağlı həyata keçirilən tədbirlərin iddia sahibi olan ermənilərlə müqayisədə azlığından qaynaqlanmışdır ki, bu vəziyyətin aradan qaldırılması üçün bir qarışıqlıq havasında bu sahəylə bağlı (bəzən diqqətsiz) hər kəs bir şeylər yazıb pozdu.

Elm aləmi böyük əzab-əziyyətlə və ittihamlardan doğan psixoloji gərginliyin yaratdığı təbii özünümüdafiə həyəcanıyla xeyli sayda ciddi sənədlərin nəşr olunduğu mühüm işlərə imza atdı.  Bir anda gələn və çoxlu sənədlə məruzəsi gerçəkləşdirilən bu məlumat xaosu içərisində , fikrimizcə erməni məsələsi sözdə söyqırımı kəliməsinin ağırlığından yaxa qurtara bilmədiyindən mövzu digər cəhətləriylə kifayət qədər diqqətdə saxlanılmadı.

Hörmətli həmkarlarımın və bu sahəylə əlaqəsi olmayan xeyli sayda dəyərli elm adamlarının, diplomatların çoxlu məkə sərf edərək ortaya qoyduğu  qiymətli araşdırmalara baxmayaraq sənədlərin ortalıqda qaldığı tədqiqatlar erməni məsələsinin tarixi dərinliyi içərisinə çox vaxt ya layiqincə yerləşdirilə bilmədi, ya da tarixi dərinliyə elə basdırıldı ki, sosiolojiq və psixolojiq olaraq qiymətləndirlmələr üzərində yetəri qədər dayanılmadı.

Hər birimizə tətbiq edilən və soyqırım ədəbiyyatıyla birlikdə təqdim olunan bu etnik problem, çox tərəfli saf-çürük edildiyində ortaya dəqiq şəkildə varlığını göstərməyə davam edən “ermənicilik problemi” çıxır.

ÜMUMİ CƏHƏTLƏRİYLƏ MÜASİR BİR PROBLEM OLARAQ ERMƏNİCİLİK

Adıçəkilən bu araşdırma ilə erməni məsələsini başdan axıra qədər yuxarıda ifadə etməyə çalışdığımız həqiqətlər işığında və toxunulmadan fərqli cəhətlərini də diqqətdə saxlayaraq hazırlamaq ehtiyacı hiss etdik.

Mövzuyla maraqlananlar üçün siyasi tarix hm də bir siyasət elmi stolüstü kitabı olaraq tədqiqatı məqsədiylə hazırlanmış olan araşdırmanın giriş/başlanğıc fəsillərində, siyasi ədəbniyyatda mühüm bir termin və məfhum olan “Modernite/Müasirlik” ilə buna bağlı aydınlanma, kapitalizm və bu kimi məfhumlar siyasət elmi çərçivəsində öyrənilməkdədir. Araşdırmada, ermənilərin millətləşmə prosesi, şəxsiyyət mübahisələləri, coğrafiya mübahisələri, erməni tarix yazanları kimi mövzular da yuxarıda ifadə etdiyimiz çərçivədə öyrənilməkdədir. Erməni tarixinin son 400 ili: Kapitalistləşən Erməniçilik (1630-1750), Siyasiləşən Erməniçilik (1750-1890), Terroristləşən Erməniçilik (1890-1918), Dövlətləşən Erməniçilik (1918-1990) və Globallaşan Erməniçilik yarımbaşlıqlarında öyrənilməkdədir. Bu cəhətiylə kitab mövzunu xronoloji bir sistem ilə deyil tarixi və siyasi baxımdan yazılmışdır.

Bir çox dildə elmi qaynaqlara dayanaraq hazırladığımız bu kitabla sadəcə Azərbaycanın və Türk dünyasının deyil bütün dünyanın, ələlxüsus Qərb ictimaiyyətinin həqiqi bilgi və sənədlərə istinad edilərək məlumatlandırılmasını qarşıya məqsəd qoyduğumuzu ifadə etmək istədik.  Bu vəsiləylə kitabın Azərbaycanın, məruz qaldığı işğal səbəbiylə yaşadığı məhrumiyyətinin izah edilməsinə tarixi tezislərlə böyük köməklik göstərəcəyi kimi, Türkiyəyə qarşı uzun illərdir şamil edilən Sözdə Erməni soyqırımı iddialarının arxasında yer alan Qərbin oynadığı rol da öz sənədləriylə qiymətləndirilməkdədir.

Kitabın son fəsil və nəticə hissəsi etibarıyla Qarabağ məsələsi və Cənubi Qafqaz geosiyasətinə bağlı aktual məsələlər ehtiva etdiyindən başda Xocalı soyqırımı olmaqla yaxın keçmişdə və 31 Mart 1918-ci il tarixində işğalçı Ermənistan tərəfindən ortaya qoyularaq reallaşdırılan bütün insani fəlakətlərə də təsirli şəkildə diqqət çəkməkdədir.

Uzun illərdir üzərində işlədiyim, lakin 31 Mart 1918-ci il tarixində Azərbaycanda ermənilər tərəfindən reallaşdırılan qanlı fəlakətin yüzüncü ildönümünə çatdırma təlaşıyla çox qısa müddətdə nəşrə hazırlanan bu kitabın çap olunduğu müddətdə mənəvi dəstəyini əsirgəməyən sevgili ailəmə, xüsusilə kiçik qızım Nərgiz başda olmaqla əməyi keçən hər kəsə minnətdaram. Ümid edirəm ki,  bu iş ölkəmizdə və xüsusilə Avropada yaşayan soydaşlarımızın hər konfrans sonrasında Erməni problemi ilə əlaqədar tərəfimdən hazırlanmış bir tədqiqat kitabı ehtiyaclarına cavab verəcək dəyərdə olar və beləliklə biz də öz məqsədimizə çatmış olarıq…

   Salam və sevgilərlə

  prof.dr Aygün Attar

Paylaş: