Ca. Noy 21st, 2019

Florida Universitetinin azərbaycanlı professoru Vikipediyada gənc azərbaycanlı astrofizik alim haqqında məqalə yaradılıb

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən astrofizika sahəsində tanınmış gənc alim Dürdanə Balakişiyeva haqqında məqalə yaradılıb. Məqalədə ABŞ-ın Florida Universitetinin professoru, xaricdə yaşayan azərbaycanlı alimin həyatından, elmi fəaliyyətindən, Azərbaycan diasporasındakı aktiv iştirakından yazılıb. Qeyd edilib ki, gənc professor hazırda bütün dünya alimlərinin diqqət mərkəzində olan “Qara materiya” sahəsində elmi axtarışlar aparan “Super CDMS” elmi tədqiqat qrupu və yeni eksperimentlər üzrə məşhur Fermi laboratoriyası ilə birgə təcrübələrə başlayıb.
Aşağıdakı linkə daxil olmaqla D.Balakişiyeva haqqında daha ətraflı məlumat ala bilərsiniz. https://az.wikipedia.org/wiki/D%C3%BCrdan%C9%99_Balaki%C5%9Fiyeva

Paylaş: