Ca. Noy 21st, 2019

Kim Çen In ABŞ və Rusiya rəsmiləri ilə görüşmək istəyir

KXDR lideri Kim Çen In Koreya Əmək partiyasının nümayəndələri ilə görüşdə Rusiya, ABŞ, Yaponiya, Cənubi Koreya və Çin rəsmiləri ikili görüşlərin keçirilməsinin mümkünlüyünü müzakirə edib.

Turkustan.info-nun məlumatına görə, bu barədə Yaponiyanın “Asahi” qəzeti xəbər verib.

“Yaponiya hökuməti Şimali Koreya Vətəndaşları Assosiasiyasının dəstəyi ilə zirvə görüşünü qəbul etməyə hazır olduğunu bildirib”, məlumatda deyilir.

Qeyd edək ki, Şimali Koreya Vətəndaşları Assosiasiyası KXDR-in Yaponiyadakı faktiki səfirliyidir.

Martın 27-də Pekində səfərdə olan Kim Çen In ABŞ və Cənubi Koreya ilə dialoq aparmağa və bu ölkələrin liderləri ilə görüşməyə hazır olduğu bəyan edib.  Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri ilə may ayınadək görüşün keçirilməsinə razılıq verib.   /APA/

Paylaş: