Şb. Sen 21st, 2019

Lavrovdan növbəti Qarabağ müzakirəsi – Zaxarova açıqladı

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov aprelin 5-də ATƏT-in baş katibi Tomas Qreminqerlə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
“ATƏT-in baş katibi Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi VII Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Moskvada olacaq”, – o deyib.
M.Zaxarovanın sözlərinə görə, S.Lavrovla T.Qreminqer Donbass, Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin həllində ATƏT-in rolunu və digər məsələləri müzakirə edəcəklər.    /eurasiadiary.com/

Paylaş: