Ca. Noy 21st, 2019

Tramp Bakını dəstəkləməyə hazırlaşır – Sensasiyalı gəlişmə

Müharibə tərəfdarı və İran əleyhdarı Con Boltonun milli təhlükəsizlik müşaviri olaraq vəzifəyə gətirilməsi bütün hallarda Azərbaycan üçün münasib olardı.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a ABŞ-da milli təhlükəsizlik üzrə müşavir vəzifəsinə ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Con Boltonun namizəd olaraq göstərilməsi ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert Con Boltonun sözügedən vəzifəyə daha uyğun namizəd olduğunu düşünür:

“Ümumiyyətlə, Bolton regionu və orada gedən prosesləri çox yaxşı bilir. Onun milli təhlükəsizlik müşaviri olaraq vəzifəyə gətirilməsi bütün hallarda Azərbaycan üçün münasib olardı. Çünki o, bundan öncə İranla bağlı məsələdə Azərbaycanı dəstəkləyib. Son zamanlar ABŞ-ın regiona marağının azalması fonunda digər oyunçuların burada rolu artırdı. Azərbaycan üçün isə regiona daha çox oyunçunun maraq göstərməsi vacibdir. Azərbaycan bu regionda ABŞ-ın tərəfdaşı sayılır. ABŞ bir sıra önəmli enerji layihələrində Azərbaycanın əhəmiyyətini dərk edir və Bakının bu rolu Vaşinqton üçün çox vacibdir. Bu fonda Boltonun milli təhlükəsizlik üzrə müşavir vəzifəsinə gətirilməsi xeyrimizə olacaq”.

Politoloq bildirib ki, əslində, aparılan bu siyasət ABŞ-da daha nüfuzlu şəxslərin işidir:

“Düzdür, milli təhlükəsizlik üzrə yeni müşavir ABŞ-ın xarici siyasətinə birbaşa təsir etmək imkanına malik deyil, o, daha çox Amerikanın xaricdəki fəaliyyətinin və maraqlarının müdafiəsi ilə məşğul olacaq. Ancaq Bolton bir icraçı olaraq istənilən halda Vaşinqtonun tərəfdaşlarının maraqlarını müdafiə edəcək. Üstəlik, Boltonun “şahin” olması onun daha sərt siyasət yürüdəcəyindən xəbər verir. Bu isə özünü xüsusən də Rusiya və İrana qarşı siyasətdə göstərəcək”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Ağ Ev administrasiyasının rəhbəri Con Kelli və Milli təhlükəsizlik üzrə müşavir Herbert Makmasteri vəzifədən kənarlaşdırmağa hazırlaşır.

Makmesteri ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Con Boltonun əvəz edəcəyi gözlənilir.

Paylaş: