Şb. Sen 21st, 2019

Ağ evin sərt üzü: İran Azərbaycan siyasətini dəyişir

“İran prezidenti Həsən Ruhaninin ölkəmizə səfəri ikitərəfli iqtisadi və siyasi əlaqələrinin inişafına töhfə verəcəyinə rəsmi Bakı ümid edir. Çünki, rəsmi Tehran zamanla Azərbaycana qarşı siyasətində səmimi olmayıb və işğalçı Ermənistana siyasi və iqtisadi yardımları ən üst səviyyədə bu günə kimi qoruyub saxlayır”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, İrana qarşı ABŞ-ın sərt xətt siyasəti və iqtisadi embarqolarını yenidən gündəmə gətirməsi, İranın Azərbaycana siyasətində 180 dərəcə dəyişiklik etməyə sövq edib: 

“Çünki, ölkəmizin Bakı-Tiflis-Qars dəmir yol xəttini istifadəyə verməsi, Avropanın enerji şaxələndirilməsininin əsas tərkib hissəsi olan “Cənub Dəhlizi” qaz kəmərinin çəkilişi və bunun davamı olan TANAP və TAP lahiyələri, ən nəhayət “Şimal-Cənub” nəqliyyat dəhlizinin çəkilişi rəsmi Tehranın öz qazını Avropaya ixracında və yüklərini daşımasında bu lahiyələrdən istifadə etmək niyyətindədir. Rəsmi Tehran bununla da mümkün qədər ABŞ-ın iqtisadi sanksiyalarından yayınmağa çalışacaq.

İranın ölkəmizə qarşı loyal siyasəti, əsasən öz maraq dairəsindən çıxış edərək, regional şərtlərin Azərbaycan üçün müsbət dəyişikliklər fonundan irəli gəlir. Artıq İran bu günə kimi Xəzər dənizində Azərbaycana qarşı əsassız olaraq ərazi iddiası sürürdü. Bakıda mübahisəli yataqların birgə işlənməsi barədə müqavilənin bağlanması göstərir ki, rəsmi Tehran Xəzərin statusu ilə bağlı bu ilin ikinci yarısında gözlənilən sammitdə Azərbaycana problem yaratmayaraq, yekun konvensiyaya imza ata bilər. 

Artıq Türkmənistan bu məsələdə Azərbaycanla müəyyən razılığa gəlib. Əvvəllər, İran Türkmənistana təzyiq edərək Azərbaycanla ortaq razılığa mane olurdu. Həsən Ruhaninin Türkmənistandan Bakıya gəlməsi və burada münasibətlərin normallaşdırılması istiqamətində verdiyi mesajlar Xəzər dənizində mübahisələrin sona çatacağına müəyyən nikbinlik yaradır”.

Ekspert qeyd edib ki, İranın iqtisadi mənfəətləri üçün ölkəmizlə yaxınlaşan siyasəti, həmçinin İsarillə genişlənən əməkdaşlığımızın bu ölkə üçün təhdid yaratmadığına görə öz siyasətində dəyişiklik etməsinə səbəb olan amillərdən biridir:

“İranın ölkəmizə qarşı tam səmimi olmasını bu ölkənin Ermənistanla siyasi və iqtisadi əlaqələrini aşağı salmasında görmək istəyirik. Düzdür, İranın bu ölkə ilə nəqliyyat və enerji lahiyələri təxirə salındı və bunu Azərbaycanla edir. Çünki, İran Ermənistanın əlverişsiz coğrafi şərtləri və maliyyə imkanın olmamasından Yerevanla bu lahiyələri təxirə saldı. Biz rəsmi Tehrandan Ermənistana siyasi və iqtisadi təzyiqləri artırmasını istəməli, işğal olunmuş ərazilərimizdə bir sıra şirkətlər vasitəsilə məscdi və digər abidələrin restavrasiyasını dayandırmalıdır.

Həsən Ruhanin səfəri bir sıra suallara aydınlıq gətirdi. 1. Xəzər dənizində mübahisəli yataqlar birgə işlənəcək. Bu Xəzərin yekun statusunun həllində İranın yumşalmasını göstərdi. 2. Ruhani Azərbaycanın ərazi bütövlüyü ilə bağlı tam və açıq bəyanat verdi. Biz,bu bəyanatı İranın əməlində görmək istəyirik. Əgər, Ermənistanla əlaqələr davam edəcəksə, İranın səmimi olmaması demək olacaq. 3. İranın Azərbaycana qarşı siyasətində müsbətə doğru istiqamətləndiyi aydın oldu”.

 

Paylaş: