Ç. Noy 13th, 2019

Azərbaycan Rusiyanın bu istəyi əvəzində Qarabağı tələb edir

Rus parlamentarilərinin İrəvana səfərinin arxa planı.

Azərbaycan öz ərazisində Rusiyanın hərbi mövcudluğu istiqamətində istənilən istəyin əvəzində Qarabağ münaqişəsində İrəvana ciddi təzyiq tələb edir. 

Turkustan.info məlumatına görə, bu barədə erməni ekspert Manvel Qumaşyan “Novosti-Armeniya” portalı üçün yazdığı “Rus parlamentarilər niyə tez-tez İrəvana gəlirlər?” adlı məqaləsində bildirib.

Bunu Qərbin sanksiyaları qarşısında Moskvanın təcridi ilə bağlayan erməni ekspert Rusiyanın Cənubi Qafqazı əlində saxlamaq istəyi ilə bağlı olduğunu bildirir. Müəllifin fikrincə, Rusiya Ermənistanı itirməklə bütün Cənubi Qafqazı itirə bilər. Buna  görə də, Kosaçev və Zatulin kimi deputatlar İrəvana səfər edərək, Ermənistanla Rusiyanın əlaqələrini daha da gücləndirməyə çalışırlar. 

Manvel Qumaşyanın fikrincə, Rusiyanın Azərbaycanı öz tərəfinə çəkmək cəhdləri uğur gətirmir:

 “Ən azından ona görə ki, Azərbaycanın regionda iqtisadi potensialına görə Rusiya ilə müqayisə oluna biləcək yaxın “qohumu” Türkiyə var. Buna görə də, Azərbaycan nəinki Avrasiya İttifaqına daxil olmağa razılaşmır, hətta Qəbələdən rus hərbçiləri çıxarandan sonra öz ərazisində hansısa Rusiya hərbi mövcudluğu ilə razılaşmır, hətta bu istiqamətdə kiçik irəliləyiş qarşılığında Moskvanın Qarabağ məsələsində güzəşt üçün İrəvana təzyiq göstərməsini tələb edir”.

Erməni ekspertin sözlərinə görə, Rusiya silah satışı yolu ilə Azərbaycanı özünə bağlaya bilməz:

“Azərbaycana silah sağışının azalmasını İrəvanda Rusiya deputatları və senatorları Ermənistana “güzəşt” kimi təqdim etsələr də, çətin ki, bu, ciddi qəbul edilsin. Bir çox rus və erməni ekspertlərinin fikrincə, bunun tamamilə fərqli səbəbləri var: Rusiya silahının Azərbaycana satışı üzrə əvvəlki müqavilələrin müddəti bitir, yeni müqşavilələr hələ bağlanmayıb; həm də Azərbaycanın silah almaq üçün Ukrayna, Belarus, İsrail və Türkiyə kimi alternativ mənbələri var”.

Maraqlıdır ki, erməni ekspert David Şahnazaryan da “1in.am”a verdiyi müsahibəsində Rusiya parlamentirilərinin dediklərini ciddiyə almamağı məsələhət görüb:

“Bu cür bəyanatlar Dövlət Dumasından yox, icra hakimiyyəti orqanlarından gəlməli idi. Özü də heç bir dəqiq bəyanat verilməyib”.

Amma Ermənistanın vəziyyəti isə fərqlidir. Ermənistan işğal etdikləri torpaqları əlində saxlamaq üçün Rusiyadan çox vektorlu şəkildə asılıdır. Birincisi, Qarabağada Azərbaycan ordusu ilə döyüşmək üçün öz ordusunu s ilahlandırmalıdır ki, bunun üçün Rusiya kreditlərinə ehtiyacı var. Hətta ABŞ-ın sanksiyalarına baxmayaraq Ermənistan Rusiyadan silah almaq üçün yeni 100 milyon dollarlıq kredit barədə danışıqlar aparır.

Ermənistan suverenliyini ciddi şəkildə məhdudlaşdıran və onu yavaş-yavaş SSRİ kimi bir birliyə sürükləyən KTMT-yə də məhz Qarabağı işğal altında tutmaq üçün daxil olub, əks halda Azərbaycanla müharibə onun ərazisinə transfer oluna bilər, nəticədə müharibə Ermənistanın tam məğlubiyyəti ilə başa çata bilər. Buna görə də Ermənistan müttəqilliyini yenidən tam itirənə qədər Rusiyanın ağuşuna sığınmağa məhkumdur.   /İstiPress/

Paylaş: