Şb. Sen 21st, 2019

Bakıda şok hadisə: “Səni arvadımla tutdum, 5000 manat verməlisən”

Bakıda maraqlı hadisə baş verib.

Turkustan.İnfo xəbər verir ki, tanış olduğu qızla onun evinə gedən Bakı sakini şok fırıldaqla qarşılaşıb. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Həsənov martın 25-də tanış olduğu bir qadının onu M.Qaşqay küçəsindəki evə qonaq çağırdığını bildirib.

Onun sözlərinə görə, sonradan həmin evə gələn 2 naməlum şəxs özlərini həmin qadının əri və qohumu kimi təqdim edib onu hədələyərək 5000 manat pul verməsini tələb ediblər.

Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxslərdən biri olan Həmid Alməmmədov qısa müddətdə müəyyən edilərək polis tərəfindən saxlanılıb. Göyçay rayon sakini olan H.Alməmmədov əvvəllər də  məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi başlanılıb.   /Minval.İnfo/

Paylaş: