Ca. Noy 21st, 2019

Fransada azərbaycanlı mühacirləri GÜLLƏLƏDİLƏR – FOTO

Fransada yaşayan iki azərbaycanlı güllələnib.

Turkustan.info report-a istinadən xəbər verir ki, hadisə Tuluza şəhərinin yaxınlığındakı Colomie şəhərində qeydə alınıb.
Qeyd olunub ki, “Audi” markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazov və həyat yoldaşına 7 güllə vurub və hadisə yerindən qaçıb.
Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı yerli prokurorluq orqanı araşdırma aparır.
Qeyd edək ki, R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Onun Azərbaycanda müxtəlif şəxslərdən pul alaraq onları aldatdığı da bildirilir.

Paylaş: