Ca. Noy 21st, 2019

“Lider” TV-də qalmaqal: “Manaf Ağayev oxuyursa, mən niyə oxumayım?” – VİDEO

“Bəzi müğənnilər özləri təhqir olunmaqda maraqlıdırlar. Elza Seyidcahana yüz dəfə deyilib ki, şeir yazmasın. Çünki onun poeziyadan xəbəri yoxdur. Elza şeir yazmaqla Nizaminin, Füzulinin ruhunu təhqir edir. Elza xanım ədəbiyyat tənqidçilərinin, oxucuların rəyini qulaqardına vurduğu üçün onu sosial şəbəkələrdə təhqir edirlər”.

Turkustan.info xəbər verir ki, bu sözləri tanınmış jurnalist Seymur Verdizadə bu gün “Lider” TV-də efirə gedən “Qaynar müzakirə” verilişində deyib. 
Jurnalist bildirib ki, bayağı mahnılar ifa edən müğənnilər xalqın musiqi zövqünü korlamqla məşğuldurlar: “Əlinə mikrofon götürənlərin hamısı mahnı oxuyur. Mən qarabağlıyam. Amma Allah mənə səs verməyib. Qarabağlı olduğum üçün mütləq mahnı oxumalıyam? Çox adam fikirləşir ki, Manaf Ağayev oxuyursa, mən niyə oxumayım? Əgər sabah əlimə mikrofon alsam, məni də söyəcəklər. Buna görə də hər kəs bacardığı işin arxasınca getməlidir”.
Verilişdə iştirak edən tanınmış prodüser Sayqa Cahid jurnalistə etiraz edib. O bildirib ki, şeir yazmaq Elza xanımın hüququdur. Bunu heç kim ona qadağan edə bilməz: “Üstəlik, Elza xanımın xeyli oxucusu var. Hətta bu yaxınlarda kitabı da çıxıb”.
Seymur Verdizadə isə deyib ki, kitab çıxarmaq üçün istedad tələb olunmur: “Pulunu versəniz, hər gün sizə bir kitab çıxararam”. 

Paylaş: