Bz. Sen 22nd, 2019

Özlərini çarmıxa çəkdirdilər – Dini ayin – VİDEO

Filippində əksəriyyəti katolik xristianların yaşadığı San-Fernando şəhərində dini ayin keçirilib.

Turkustan.info “Euronews”a istinadən xəbər verir ki, mərasimdə İsa peyğəmbərin (ə) çarmıxa çəkilməsi səhnəsinin canlandırılıb.

Bir neçə şəxs eyni əzabı hiss etmək istədiklərini deyərək çarmıxa çəkilməyə razı olublar. Onlar 10 dəqiqə ərzində əlləri taxtaya mismarlı və taxtaya bağlı şəkildə asılıblar.

Mərasimi minlərlə insan izləyib. Həmin görüntüləri təqdim edirik:

/Qafqazinfo/

Paylaş: