Ç. Noy 13th, 2019

Qarabağ qazisi “Beynəlxalq Hüquq”dan müdafiə etdi

Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü, Qarabağ qazisi Dr. Səftər Rəhimli Bakı Dövlət Universitetinin Hüquq Fakültəsində “Beynəlxalq Hüquq” ixtisası üzrə müdafiəsini uğurla edib.

Müdafiədə Avropanın tanınmış beynəlxalq hüquq üzrə mütəxəssisləri,ekspertləri də iştirak ediblər. Bu barədə məlumatı verən S.Rəhimli müdafiən in uğurla keçdiyini bildirib. “Bakı Dövlət Universitetinin Hüquq Fakültəsində “Beynəlxalq Hüquq” ixtisası üzrə müdafiəmizi etdik.

2013-cü ildən AMEA Hüquq və İnsan Haqları İnstitutunun dissertantı kimi, bu 5 il müddətində yaxından dəstək olan bütün dostlarımla yanaşı, AMEA və BDU-da əməyi keçən bütün müəllimlərimə dərin təşəkkürümü bildirirəm”.

Səftər Rəhimli Azərbaycanın diaspor quruculuğunda əvəzsiz rol oynayan simalardan sayılır. Erməni lobbisinə qarşı ciddi və sistemli mücadilə aparan insanlardandır. 1992-ci ildə Qarabağ döyüşlərində fəal iştirak edib və yaralanıb.

Keçən ilin dekabr ayında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə əlaqar olaraq Azərbaycan prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla diaspor sahəsində göstərdiyi xidmətlərə görə, “Tərəqqi” medalı ilə təltif edilib.

Paylaş: