Ç. Noy 13th, 2019

“Lotu Quli”ni təhqir edən “Opasnı Roma” güllələndi – İLGİNC İDDİALAR

Fransada yaşayan iki azərbaycanlı güllələnib.

Turkustan.info Report-a istinadən xəbər verir ki, hadisə Tuluza şəhərinin yaxınlığındakı Colomie şəhərində qeydə alınıb.

Qeyd olunub ki, “Audi” markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazov və həyat yoldaşına 7 güllə vurub və hadisə yerindən qaçıb.

Güllələnən R.Namazovun vəziyyəti ağırdır, arvadı isə xəstəxanada ölüb.

Hadisə ilə bağlı yerli prokurorluq orqanı araşdırma aparır.

Qeyd edək ki, R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Onun Azərbaycanda müxtəlif şəxslərdən pul alaraq onları aldatdığı da bildirilir.

Həmçinin R.Namazovun kriminal avtoritetlərlə əlaqələrinin olduğu bildirilir. Bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. O, kriminal aləmdə Opasnı Roma və Rahim Şəkinski kimi də tanınırmış.

Hadisənin hansı motivdə baş verməsi araşdırmalardan sonra məlum olacaq.

Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə R.Namazovun kriminal aləmin məşhur simalarını, xüsusilə Nadir Səlifovu (Lotu Quli) ağır təhqir edən səs yazıları yayılmışdı. Bundan sonra isə R.Namazov açıqlama verərək yayılan səs yazısının ona aid olmadığını bildirmişdi.

Paylaş: